Şəhidləri təhqir edən şəxsi döyənlər SAXLANILDI

gundem / kriminal
15 okt 2021
12:26
Şəhidləri təhqir edən şəxsi döyənlər SAXLANILDI

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər yayılmışdı.

Hadisə Daxili İşlər Nazirliyi tərəfindən araşdırlıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

“Həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.