AZADLIĞIMIZ ƏBƏDİDİR!

gundem / medeniyyet
15 okt 2021
13:00
AZADLIĞIMIZ ƏBƏDİDİR!

17 OKTYABR 2020 - ci İLDƏ FÜZULİ RAYONU AZAD EDİLDİ.

Füzuli rayonu və rayonun əksər ərazisi avqustun 23 - də 1993 - cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994- cü ildə Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Qələbə ilə bitən bu hərbi əməliyyata xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əmri ilə başlanılmışdır.Erməni silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərə yaxın müharibə əlili, 657 nəfər şəhid olmuş,181 nəfət əsir götürülmüş və itkin düşmüşlər.
Füzuli rayonunda işğaldan əvvəl 16 qəsəbə, 82 kənd və digər yaşayış məntəqələri olmuşdur. Burada dini abidələr də mövcud idi.
Bu abidələr sırasında rayonun Babi kəndində 8 guşəli Şeyx Babi Yaqub türbəsi ( xııı əsr), Aşağı Veysəlli kəndində Mirəli türbəsi ( xıv əsr ), Əhmədalılar kəndində orta əsrə aid qəbiristanlıqda sənduqə qəbir daşının üzərindəki türbəni, xıx əsrin Cəlil türbəsini aid etmək olar.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çuvarlı, Çimən, Musabəyli, İşıqlı, Pirəhmədli, Dədəli kəndləri və rayon mərkəzi 17 oktyabr 2020 - ci il tarixdə düşmən tapdağından azad edilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin igidlik və şəxsi sücaət göstərmiş 25167 hərbi qilluqçusu " Füzulinin azad olunmasına görə " medalı ilə təltif olunmuşlar.
Eşq olsun Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevə və Müzəffər Azrbaycan Respublikasının Silahlı Qüvvələrinə !
QARABAĞ AZƏRBAYCANDIR !

ƏMİNƏ RƏHİMQIZI
Y. Kovalyov adına 229 saylı orta məktəbin direktor müavini,
Məktəb üzrə YAP - ın sədri.