Milli Məclisdən yeni qərar: Vətəndaşlar bu rüsumdan azad edilir

gundem / cemiyyet
15 okt 2021
13:38
Milli Məclisdən yeni qərar: Vətəndaşlar bu rüsumdan azad edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.