atatv.az
atatv.az

Bakıda stolu 250 manat olan şadlıq evləri - VİDEO

14-07-2018, 12:28

Bakıda stolu 250 manat olan şadlıq evləri - VİDEO
Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır. Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır.

Atatv.az xəbər verir ki, bu haqda xəbəri "XəzərXəbər" yayıb. Reportajda bildirilir ki, bəzi vətəndaşlar elə bu qiymətə görə, toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.

Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.

Ə. Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var

Qeyd edək ki, restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930