atatv.az
atatv.az

İlham Əliyev Fransa və Xorvatiya prezidentlərini təbrik edib

16-07-2018, 14:27

İlham Əliyev Fransa və Xorvatiya prezidentlərini təbrik edib
İlham Əliyev Fransa Respublikasının prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.


Atatv.az -un xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.

Dövlət başçısı, həmçinin Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi təbrik edib.

Məktubda qeyd olunur:

"Hörmətli xanım Prezident, futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm.

Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930