atatv.az
atatv.az

"Amerika mediasında vicdan hara yoxa çıxdı?" - Tramp şikayətləndi

3-08-2018, 10:30

"Amerika mediasında vicdan hara yoxa çıxdı?" - Tramp şikayətləndi

"Ölkəmizdəki azad, demokratik mediaya nə oldu? Ədalətli və vicdanlı reportajlar hara yoxa çıxdı? Mediamız hadisələr barədə xəbər vermir, uydurmalar yayır".

ABŞ prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarları ilə görüşdə kütləvi informasiya vasitələrini sərt tənqid edib.

Atatv.Az ABC-yə istinadən bildirir ki, onun dediyinə görə, barəsində mediada yayılan xəbərlərin əksəriyyəti yalan və iyrənc şayiələrdir.

Donald Tramp onun Şimali Koreyanın dövlət başçısı Kim Çen In, Rusiya prezidenti Vladimir Putin və Britaniya kraliçası 2-ci Yelizaveta ilə görüşlərinin də mediada əks olunmasından şikayətlənib.

"Kim Çen In və Vladimir Putinlə normal münasibətlər qurmalıyıq. Şimali Koreya və Rusiya ilə daha səmimi əlaqələrimiz var. O ki qaldı Britaniya kraliçası ilə görüşə 15 dəqiqə gecikməyim barədə yayılmış xəbərlərə, ağ yalandır. Amerika mediasında vicdan hara yoxa çıxdı?" - Tramp deyib.

İyulun 13-də Britaniyada rəsmi səfərdə olarkən 2-ci Yelizaveta ilə görüşə 15 dəqiqə gecikmədiyini vurğulayan Tramp söyləyib: "Əslində mən və arvadım 15 dəqiqə tez orada idik. Durduq, gözlədik. Burada nə var ki?! Axı o, kraliçadır. Gözləməyimiz də normaldır. Britaniya da, kraliça da möhtəşəmdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930