atatv.az
atatv.az

Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinə "məcburi göstəriş" verdi

6-08-2018, 11:30

Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinə "məcburi göstəriş" verdi


Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Sonxeber.az-a daxil olan məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş" verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930