atatv.az
atatv.az

39 yaşlı fəhlənin intiharı ilə bağlı açıqlama: Üç uşağını atasız qoyub getdi..

6-08-2018, 13:15

39 yaşlı fəhlənin intiharı ilə bağlı açıqlama: Üç uşağını atasız qoyub getdi..


Biləsuvar rayonunun Xırmandalı kəndində baş vermiş intihar hadisəsinin səbəbləri məlum olub.

Atatv.Az xəbər verir ki, bu barədə yenicag.az-a Xırmandalı kənd icra nümayəndəsi Rahib Hacıyev məlumat verib.

O bildirib ki, mərhumun intihar etməsinin səbəbləri bilinmir:

"Hələ ki istintaq gedir. 39 yaşı vardı. Üç uşaq atası idi. Öz də uşaqları azyaşlı idi. Heç bir problemi də yox idi ki, deyəsən, intiharına haqq qazandırmaq olar. Bu adamın heç bir psixoloji problemi yox idi. Tam normal bir insan idi, sap-sağlam idi. Bakıda işləyirdi, fəhləliklə məşğul olurdu. Üç uşağını atasız qoyub getdi".

Qeyd edək ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini 1979-cu il təvəllüdlü Musa Mətləb oğlu Mirzəyev özünü asaraq intihar edib. Onun kənd məktəbinin həyətindəki ağacların birindən özünü asaraq intihar etdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031