atatv.az
atatv.az

Məhsul yığımından sonra tarlaların yandırılmasının zərərləri barədə ekspertin dedikləri...

6-08-2018, 17:30

Məhsul yığımından sonra tarlaların yandırılmasının zərərləri barədə ekspertin dedikləri...

Məhsul yığımından sonra fermerlər tərəfindən tarlalarda samanın yandırılması məhsuldarlığa mənfi təsir göstərir.

Bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov deyib.

R.Orucovun sözlərinə görə, yandırmaq məhsuldarlığın artımına heç bir təsir göstərmir:

“Azərbaycanlı fermerlərin bu addımın xeyri barədə səhv fikri aqrar sektorumuzun başlıca problemlərindəndir. Azərbaycanda torpaqlar əsasən boz torpaqlardır. Bu torpaqlarda elementlər balansı nisbətən aşağıdır və mikrobioloji proseslər çox yavaş baş verir. Tarlalarda məhsul yığımından sonra qalıqların yandırılması isə torpaqda orqanik maddələrin parçalanmasında iştirak edən bütün faydalı mikrobların məhvinə səbəb olur. Bu isə öz növbəsində humusun formalaşmasını çətinləşdirir və məhsuldarlığa mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, fermerlər tərəfindən tarlalarda qalıqların yandırılmasının səbəbi torpaqda şoranlaşmanın qarşısının alınması cəhdləridir:

“Bizdə yağıntılarla buxarlanma arasında böyük fərq var. Məsələn, əgər Aran zonasında ildə orta hesabla 240-260 millimetr yağıntı düşürsə, buxarlanma səviyyəsi ildə 1000-1200 millimetr təşkil edir. Nəticədə torpaqda kəsəklilik yaranır, bu isə torpağın strukturuna mənfi təsir göstərir. Ona görə də fermerlər məhsul yığımından sonra qalıqları yandırır”.

R.Orucov əlavə edib ki, bu faktı nəzərə alaraq regionlarda fəhlə və aqronomları maarifləndirmək və şoranlaşmanın qarşısını almaq üçün digər üsullar tapmaq lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930