atatv.az
atatv.az

“Qonşu valyutaların ucuzlaşması manata təsir göstərməyəcək” - deputat

8-08-2018, 17:45

“Qonşu valyutaların ucuzlaşması manata təsir göstərməyəcək” - deputat

Son günlərdə türk lirəsinin və İran rialının dollar qarşısında ucuzlaşması bir sıra şaiələrin yayılmasına səbəb olub. Bəzi mənbələrdə lira və rialın ucuzlaşması manata təsir edəcəyini göstərirlər.

Bəs görəsən lirə və rialın ucuzlaşması manata nə kimi təsir edə bilər?

Manatın ucuzlaşmağı üçün səbəb görmürəm

Bu sözləri AzNews.az-a açıqlamasında Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib: “Manatın ucuzlaşmasına səbəb o ola bilər ki, dünya birjasında neftin qiyməti kəskin ucuzlaşsın. Amma dünya birjasında neftin qiyməti çox yüksəkdir. Türkiyə və İranda milli valyutanın kəskin şəkildə ucuzlaşması qeydə alınır, bunun Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu ölkələrdən Azərbaycana mal idxal edən sahibkarlar üçün əlverişli olacaq. Bu ilin sonlarına kimi manatın taleyində təhlükə gözlənilmir. Dünya bazarında neftin qiymətinin yüksək olması manatın bahalaşmasına səbəb olmayacaq. Çünki manatın indiki qiyməti həm höküməti, həm Mərkəzi Bankı, həm də əhalini qane edir. Bəzi insanlar pullarını dollara çevirib saxlamaq istəyir, bu qınanılası hal deyil. Qonşu ölkələrdəki vəziyyət onları təşvişə salır amma narahatçılığa səbəb yoxdur. Bunu da qeyd edim ki, pullarınızı manat halında saxlamaq daha sərfəlidir. Çünki manatın əmanət dəyəri 12-14%, bəzi yerlərdə daha yüksək, dolların isə 2%-dir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930