atatv.az
atatv.az

Məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətləri göstərilir

9-08-2018, 17:45

Məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında icra olunan layihələrdən biri də məişət zorakılığından zərər çəkmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlıdır.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində cari ilin aprel ayında yaradılan yardım mərkəzində indiyədək 38 uşağa xidmət göstərilib.

Mərkəzdə məişət zorakılığından zərər çəkmiş 3-16 yaşında uşaqlar sosial reabilitasiya xidmətləri, hüquqi, sosial, psixoloji yardımlarla, həmçinin təhsillərini davam etdirmək üçün şəraitlə təmin edilir.

Hazırda ƏƏSMN-nin sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən ümumilikdə 4 mindən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin olunur.Trend






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930