atatv.az
atatv.az

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

13-08-2018, 10:30

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Atatv.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031