atatv.az
atatv.az

Türkiyədə Azərbaycanlı uşaq hovuzda boğuldu

13-08-2018, 15:15

Türkiyədə Azərbaycanlı uşaq hovuzda boğuldu

Türkiyəyə istirahətə gedən azərbaycanlı ailə faciə ilə üzləşib.

Atatv.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Antaliyanın Manavgat mahalına ailəsiylə birlikdə tətilə gələn 10 yaşlı Azərbaycanlı Ayxan Zamanov otelin hovuzunda boğulub.

Dünən Azərbaycandan Antalyaya ailəsiylə birlikdə tətilə gələn Ayxan Zamanov saat 14.00 radələrində Manavgattaki 5 ulduzlu otelə yerləşdirilib. Ailəsiylə otağında dincələn Ayxan Zamanov, türkiyə vaxtı ilə saat 17.00 radələrində, üzmək üçün hovuza girib.

Bir müddət hovuzda üzən Zamanovun çırpınmağa başladığını görənlər, onu dərhal hovuzdan çıxarıblar.
Ayxan Zamanova, otel işçiləri tərəfindən ilkin yardım edib və hadisə yerinə təcili yardım çağırıblar.

A.Zamanov təcili yardım avtomobili ilə Serik Dövlət Xəstəxanasına aparılarkən yolda keçinib.

Onun meyti müayinə olunmaq üçün Antalya Ədli Tibb Təşkilatına gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031