atatv.az
atatv.az

Türkiyə və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə etdi

14-08-2018, 15:15

Türkiyə və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə etdi

"Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər".

Atatv.Az Report-a istinadən bildirir ki, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

"Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik", - S.Lavrov deyib.

Qeyd edək ki, görüş zamanı tərəflər Rusiya və Türkiyə arasında qarşılıqlı viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə ediblər. Eyni zamanda nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, o cümlədən İdlib ətrafındakı vəziyyət də daxil olmaqla, Suriya böhranını nəzərdən keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031