atatv.az
atatv.az

Azərbaycan UEFA reytinqində irəlilədi

15-08-2018, 10:30

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Atatv.Az Report-a istinadən xəbər verir ki, buna "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə 1:1 hesabı ilə heç-heçə etməsi səbəb olub. Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam klubu ölkənin xal ehtiyatını 18,250-yə çatdırıb.

Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib. Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ" ÇL ilə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930