atatv.az
atatv.az

"Bir az külək əsən kimi, yağış yağan kimi işıq və su olmur" - Aktrisa şikayət etdi və...

15-08-2018, 17:45

"Bir az külək əsən kimi, yağış yağan kimi işıq və su olmur" - Aktrisa şikayət etdi və...
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə yay tətili ilə əlaqədar artıq bir müddətdir Azərbaycandadır.

BAKU.WS xəbər verir ki, Qusar rayonunun Şirvanlı kəndinə yollanan aktrisanın başına iş gəlib.

Saytımıza özəl açıqlama verən C. Tağızadə bunları deyib:

"Nə mən kəndi, nə də kənd həyatı məni sevdi. Özümü çox pis hiss edirəm. Bir az külək əsən kimi, yağış yağan kimi işıq və su olmur. Su əvvəl az da olsa gəlirdi, amma işıq olmayanda heç gəlmir. 2 gün işıqsız qaldım burada. Qusar rayon İcra Hakimiyyətinə müraciət edirəm, onlardan kömək gözləyirəm. Çox istəyirəm ki, su və işıq problemi həllini tapsın. 10 gündür buradayam, çox əziyyət çəkirəm, kömək edin. Burada yaşayanlar isə illərdir bu problemlə üz-üzə qalıblar".

Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı Murad Temizlə ailəlidir.

"Bir az külək əsən kimi, yağış yağan kimi işıq və su olmur"

Şikayətlə əlaqədar bizimyol.info Qusar rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərib. İcra hakimiyyətindən sorğuya verilən cavaba görə, vətəndaşın şikayəti əsassızdır, Şirvanovka kəndi su təchizatı ilə tam təmin olunur .

“Saytınıza aktrisa Cəmilə Tağızadənin adından daxil olmuş və Qusar rayon İcra Hakimiyyətinin elektron ünvanına göndərilmiş Şirvanovka kəndində əhalinin susuzluqdan əziyyət çəkməsi barəsindəki müraciətlə əlaqədar bildiririk ki, vətəndaşın şikayəti əsassızdır, belə ki, Şirvanovka kəndi su təchizatı ilə tam təmin olunur . Lakin, sözügedən ünvan yeni məhəllə sayılır, həmin əraziyə su xəttinin çəkilməsi gündəmdədir və yaxın gələcəkdə su ilə təmin olunacaqdır.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930