atatv.az
atatv.az

Donald Tramp neftin uçuzlaşması üzrə proqramın icrasına başladı

16-08-2018, 12:30

Donald Tramp neftin uçuzlaşması üzrə proqramın icrasına başladı
ABŞ prezidenti Donald Tramp neftin qiymətinin uçuzlaşması üzrə proqramın icrasına başlayıb.

Atatv.Az Report-a istinadən xəbər verir ki, bunu "Vesti Ekonomika" yazıb.

Nəşrin məlumatına görə, əvvəlcə D.Tramp OPEC-ə daxil olan ölkələrin hərəkətlərini tənqid edib və onlardan dərhal neftin qiymətini aşağı salmağı tələb edib. Bununla paralel olaraq, ABŞ Konqresində neft bazarının kartel manipulyasiyasına görə mühakimə etməyə imkan verəcək qanun layihəsinin işlənib hazırlanmasına başlanılıb.

Bildirilib ki, bu, təcrübədə aşağıdakı kimi reallaşacaq: ABŞ OPEC və OPEC+ ilə bağlı dövlət şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bunun ardından göstərilən təşkilatlarla əməkdaşlığı dayandırmayanlara qarşı sanksiyaların ikinci mərhələsi başlayacaq.

Bu addımlar Səudiyyə Ərəbistanı üçün neft hasilatını artımağa və neft bazarında vəziyyətin sabitləşdirilməsi üzrə Rusiya ilə razılaşmanı qismən rədd etməyə kifayət edib. Səudiyyə Ərəbistanı istehsal həcmini son 4 ildə rekord səviyyəyə qədər artırıb və son iki ayda bazara çıxardığı neft məhsullarının qiymətini bir qayda olaraq, azaldıb.

Qeyd edək ki, həmçinin ABŞ-ın neft tədarükünün həcmi də artıb. Ötən həftə ABŞ-ın xarici ölkələrdən idxal etdiyi neftin miqdarı sutkada 8 milyon bareldən 9,1 milyon barelə qədər yüksəlib. Bu, sutkalıq ixracını 1/3 dəfə - 1,24 milyon berelə qədər artıran Səudiyyə Ərəbistanının sayəsində baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031