atatv.az
atatv.az

“Şəhid anasını diz çökdürməsi” xəbəri barədə - Manaf Ağayev özü danışdı

22-08-2018, 11:00

“Şəhid anasını diz çökdürməsi” xəbəri barədə - Manaf Ağayev özü danışdı

Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi öz üsulu ilə cəzalandırıb.

Atatv.Az baku.ws-yə istinadən xəbər verir ki, müğənni Tolikin "aparıcısı olduğu "Hər şey daxil" verilişində qonaq olan Əsədovanın yanında olduğunu zəngilə nümayiş etdirib. O, həmin şəxsi Mətanət Əsədovanın qarşısında diz çökdürüb üzr istədiyini bildirib.

Bu sözlərdən sonra sosial şəbəkələrdə Manaf Ağayev barəsində müxtəlif fikirlər səsləndirilib. Müğənni çoxsaylı tənqidlərə tuş gəlib. Haqqında Kütləvi İnformasiya Vasitələrində müxtəlif fikirlər yazılıb. Manaf Ağayev şəhid ailəsinə qarşı tərbiyəsizlikdə günahlandırılıb.

Bu fikirlərdən sonra Manaf Ağayev müraciət yayıb. Müğənni əslində diz çökdürmək və üzr istədmək məsələsinin olmadığını bildirib.

"Mən o tərbiyənin yiyəsi deyiləm. Doğma əmim oğlu şəhid olub. Şəhid anasının nə demək olduğunu bilirəm. Mən şəhid anasının qarşısında diz çökürəm, çökmüşəm də. Mən şəhid anası tərəfindən gəlmişəm. Əgər bilmək istəyirsizsə, şəhid anasının oğlu mənim dostumdur. Mətanətə zəng vurub demişəm ki, şəhid anası səninlə danışmaq istəyir. Onunla danışanda deyib ki, "mən şəhid anası kimi səndən üzr istəyirəm" Mətanət də ona cavab verib ki, "Ay ana, siz nə danışırsız? Mən də sizə qurban olum, Manaf da. Manaf gəlibsə, demək söhbət qurtardı". Ay jurnalistlər, söhbət belə olub", - deyə Manaf Ağayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930