atatv.az
atatv.az

Evlərdən pul və qızıl oğurlayan şəxs yaxalandı - FOTO

23-08-2018, 11:45

Evlərdən pul və qızıl oğurlayan şəxs yaxalandı - FOTO

Evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.


Dindirilmə zamanı M.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək, sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib. Aparılan tədbirlərlə məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə 10 min manatdan çox maddi ziyan vurub. M.Məmmədov oğurladığı qızıl-zinət əşyalarının bir qismini Bakı və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən ucuz satıb, digər qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı M.Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.Moderator.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930