atatv.az
atatv.az

Bu gün "Qarabağ" Avropa Liqasının "play-off" mərhələsində ilk oyununu keçirəcək

23-08-2018, 12:00

Bu gün "Qarabağ" Avropa Liqasının "play-off" mərhələsində ilk oyununu keçirəcək

Bu gün "Qarabağ" komandası futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində ilk oyununa çıxacaq.

"Report"un məlumatına görə, rəqib Moldova çempionu "Şerif" olacaq.

Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Sergey Tsınkeviçin rəhbərlik etdiyi belaruslu hakimlər briqadasına tapşırılıb.

Hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin "Şerif" "Qarabağ"dan tez - II təsnifat mərhələsində Makedoniya "Şkendiya"sına iki oyunun nəticəsində (0:0, 0:1) uduzaraq, Avroliqaya keçid edib.

Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.

"Qarabağ" bugünkü oyuna itkilərlə çıxacaq. İnnosent Emeqara cəzalı, Dani Kintana zədəli olduğu üçün oynamayacaq. Eyni zamanda kapitan Rəşad Sadıqov xəstələndiyi üçün son çalışmalarda iştirak etməyib. "Şerif"də isə heyət sarıdan heç bir problem yoxdur.

Avropa Liqası, "Play-off" mərhələsi, ilk oyun

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)

Tiraspol, "Şerif" İK stadionu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930