atatv.az
atatv.az

Kansleri 25 ildən sonra Bakıya gətirən əsas səbəblər...

23-08-2018, 14:45

Kansleri 25 ildən sonra Bakıya gətirən əsas səbəblər...

Azərbaycanın Almaniya ilə əməkdaşlığı olduqca vacibdir.

Bu sözləri Axar.az-a Almaniya kansleri Angela Merkelin Bakıya gözlənilən səfərini şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat Almaniya kanslerinin 25 ildən sonra Azərbaycana səfərini yüksək qiymətləndirib:

“Düzdür, Almaniya Azərbaycanın həyata keçirdiyi layihələrdə iştirak etmir, ancaq Berlinin texnologiya məsələlərində Bakıya böyük faydası var. Bu baxımdan, Azərbaycanın Almaniya ilə əməkdaşlığı olduqca vacibdir”.

Millət vəkili səfər əsnasında bir sıra mühüm məsələlərin, xüsusilə təhsil, səhiyyə sahəsində müzakirələrin aparılacağını qeyd edib:

“Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli saziş üzərində işlər gedir. Çox güman ki, tərəflər ikitərəfli görüşlərdə bu məsələni diqqətdə saxlayacaqlar. Oktyabrda Şərq Tərəfdaşlığı ölkələrinin sammiti olacaq. Bu mənada Avropa İttifaqının sözügedən layihəsi ilə bağlı Almaniyanın sözü önəmlidir”.

Millət vəkili Almaniya federal hökumətinin nümayəndəsi Şteffan Zayberin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin də gündəmdə olacağını bildirməsinə də toxunub:

“Baxmayaraq ki, Berlin bu vaxta qədər Qarabağ məsələsi ilə bağlı heç bir öhdəlik götürməyib və məsələnin həllində bilavasitə iştirak etmir. Ancaq Almaniya Minsk Qrupunun üzvdür, nüfuzlu dövlətdir. Bu fonda kanslerin Qarabağla maraqlanması və ölkəsinin münaqişənin həllinə hansı töhfələri verə biləcəkləri ilə bağlı fikir mübadiləsi aparması istisna edilmir. Merkel 25 ildən sonra ilk dəfə Azərbaycanda səfərdə olacaq, buna görə də Almaniyanın Qafqazla bağlı aktiv siyasət yürüdəcəyi haqda indidən nəsə demək tezdir”.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel avqustun 23-25-də Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031