atatv.az
atatv.az

Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş film və fotoşəkil müsabiqəsi elan edilib

24-08-2018, 12:15

Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş film və fotoşəkil müsabiqəsi elan edilib

Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq Artist, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş “Şəki, mən səni sevirəm” qısametrajlı bədii, sənədli filmlər və fotoşəkil müsabiqəsi elan edib.

Trend-in məlumatına görə, müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə istənilən janrda qısametrajlı bədii, sənədli filmlər və fotoşəkillər qəbul olunur.

Müsabiqəyə filmlər müddəti 10 dəqiqədən çox olmamaq şərtilə DVD diskdə təqdim olunmalıdır. Müəllif müsabiqəyə filmlə birgə tərcümeyi-halını da təqdim etməlidir.

Müsabiqəyə təqdim olunan fotoşəkillər isə CD diskdə təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunan filmlər və fotolar geri qaytarılmır. Filmlər və fotolar 30 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.

"Ən yaxşı qısametrajlı bədii film", "Ən yaxşı qısametrajlı sənədli film", "Ən yaxşı foto işi" nominasiyalarında I və II yerlərin qaliblərinə pul mükafatları təqdim olunacaq.

İnformasiya dəstəyi: Trend, Milli.az, İTV, ATV, ARB

Əlavə məlumatı www.arki.az saytından əldə etmək olar.

Səməd Vurğun/Süleyman Rəhimov küçəsi 309, "World Business Center", 16-cı mərtəbə
Əlaqə telefonu: (012) 597 48 04; (051) 427 41 03






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930