atatv.az
atatv.az

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarusun müdafiə nazirinin görüşü olub

24-08-2018, 13:30

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarusun müdafiə nazirinin görüşü olub

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov avqustun 23-də Minskdə bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.AZƏRTAC






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031