atatv.az
atatv.az

Prezident İlham Əliyev dövlət borcunun idarə edilməsinə dair Strategiyanı təsdiq edib

25-08-2018, 11:00

Prezident İlham Əliyev dövlət borcunun idarə edilməsinə dair Strategiyanı təsdiq edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Atatv.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"nın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Prezidenti aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Bundan əlavə, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verəcək, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Maliyyə Nazirliyinə isə Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək və həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Prezidentinə hesabat təqdim etmək tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930