atatv.az
atatv.az

Qurban Qurbanov millinin heyətini açıqladı - Yeni futbolçu var

27-08-2018, 14:30

Qurban Qurbanov millinin heyətini açıqladı - Yeni futbolçu var

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının ilk iki oyunu - Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə sentyabrın 10-da səfərdəki oyunlar üçün yığmanın heyətini açıqlayıb.

Atatv.Az AFFA-nın saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 25 futbolçuya dəvət göndərib.

Sabahdan təlim-məşq tolanışına çağırılan oyunçular arasında Avropa Liqasının pley-off raundunun cavab görüşündə Moldova "Şerif"i ilə matçda iştirak edəcək "Qarabağ"ın oyunçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milli düşərgəyə ilk dəfə dəvət alıb.

Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Səbail");

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi "Qəbələ"), Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı "Neftçi"), Cavid Hüseynov ("Qəbələ"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana" Qazaxıstan), Dmitri Nazarov ("Aue", Almaniya);

Hücumçular: Mahir Mədətov ("Qarabağ), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rauf Əliyev ("Qəbələ"), Ruslan Qurbanov ("Səbail").






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930