atatv.az
atatv.az

Fuad Muradov MƏNFİ REPUTASİYADA... - Dövlətin bu sahəyə ayırdığı pullar TƏHLÜKƏDƏDİR

28-08-2018, 10:30

Fuad Muradov MƏNFİ REPUTASİYADA... - Dövlətin bu sahəyə ayırdığı pullar TƏHLÜKƏDƏDİR

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri pistuna təyin olunandan sonra Fuad Muradov yalnız mənfi reputasiya yığmaqla diqqətləri cəlb edir. Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb. Məqalə müəllifi iddia edir ki, Fuad Muradov hələ də deputat kürsüsü ilə hazırda tutduğu vəzifənin fərqini anlaya bilmir.

Məqalədə deyilir: "Fuad Muradov Nazim İbarhimov kimi bir fiquru əvəzləyir. Yaxşıdan-pisdən Nazim İbarhimov ciddi işlər görmüşdü. Ən azından bu sistemin qurucusudur. Doğrudur, adı daha çox çirkli maliyyə qalmaqallarında hallansa da, öz işini öhdəsindən hazırki sədrdən - Fuad Muradovda qat-qat artıq gəlirdi.

Yəni buna görə də artıq yuxarı instansiyalar Fuad Muradovla bağlı düşünməyə başlayıblar. Onu vəzifədə qalıb-qalmaması müzakirə olunur. Bunun da nəticəsidir ki, Fuad Muradovun yaxın adamları bir müddət əvvəl Diaposra Komitəsinin sədrinin MÜDAFİƏSİNƏ qalxılar. Nəyə lazım idi bu gülün piar kampaniyası? Hər halda, görünəni o idi ki, Fuad Muradovun belə bir ucuz təbliğata, müdafiəyə ehtiyacı var..."

Daha sonra dia.az-a göndərilən məqalədə qeyd olunur ki, Fuad Muradov hələ də bu işdə pioner olduğundan çox ciddi problemlər yaşayan diaspora siyasətində yüzə-yüz uduzacaq: "Onun bəğlubiyyəti qaçılmazdır. İlkin simptomlar artıq yetərincə təzahür edib. Fuad Muradovu "yeyəcəklər"... Bundan isə təbii ki, daha çox itirən Azərbaycan dovlətinin milli maraqları olacaq.

Fuad Muradovun naşılığı dövlətin bu sahəyə ayırdığı milyonlarının yenidən həzm edilməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, dia.az-a göndərilən məqalədə daha ağır ittihamlar da səsələnib. Həmin faktları müəyyən araşdırmadan sonra daha geniş formada diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...

Qarşı tərəfi də dinləməyə hazırıq... dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930