atatv.az
atatv.az

Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul etdi

28-08-2018, 19:00

Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasına təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.

Milli.Az bildirir ki, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Görüş zamanı həmçinin, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031