atatv.az
atatv.az

Tramp CNN prezidentinin işdən çıxarılmasını istəyir

30-08-2018, 20:15

Tramp CNN prezidentinin işdən çıxarılmasını istəyir

ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb. D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

"Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", - D.Tramp bildirib.

O, telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəz səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.(Modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930