atatv.az
atatv.az

"Ərdoğan məni məyus etdi" - Tramp

31-08-2018, 11:00

"Ərdoğan məni məyus etdi" - Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, Ankaranın həbs edilmiş amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmaması ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan onu məyus edib.

Atatv.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu fikirləri "Bloomberg" agentliyinə müsahibəsində deyib.

"Çox məyus oldum. Görək, vəziyyət necə davam edəcək", - o bildirib. Müsahibənin əvvəlində Tramp Türkiyə-ABŞ münasibətlərini şərh etmək istəməyib və deyib ki, bu, onun üçün ağrılı problemdir.

Ankara Bransonu dövlət çevrilişinə cəhddə və casusluqda ittiham edib. O, hazırda ev dustaqlığındadır. Vaşinqton keşişin deportasiyasını tələb etsə də, rədd cavabı alıb. Bundan sonra ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib. Buna cavab olaraq Türkiyə ABŞ-dan idxal olan bütün mallara rüsumlar tətbiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930