atatv.az
atatv.az

Rusiyada zavodda partlayış: 3 ölü, 4 yaralı - YENİLƏNİB

31-08-2018, 15:30

Rusiyada zavodda partlayış: 3 ölü, 4 yaralı - YENİLƏNİB

15:07

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.

Atatv.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Partlayışın köhnə minaların utilizasiya olunduğu binada qeydə alındığı bildirilir.

Y.M.Sverdlov Rusiyanın iri hərbi zavodlarından biridir.

-----------
13:05

Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib.

Atatv.Az Sputniknews-a istinadla xəbər verir ki, Nijni Novqoroddakı zavodda baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb. 2 nəfərin yaralandığı deyilir.

Partlayışdan sonra güclü yanğın başlayıb.

Hadisə yerinə xeyli təcili tibbi yardım maşınları və yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd edək ki, Sverdlov adına zavod Rusiyanın ən böyük silah və partlayıcılar istehsal edən fabriklərindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930