atatv.az
atatv.az

Klublararası dünya çempionatının püşkü atıldı

5-09-2018, 12:15

Klublararası dünya çempionatının püşkü atıldı

Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb.

Milli.Az xəbər verir ki, FIFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında keçirilən tədbirdə turnirdə mübarizə aparacaq cütlüklər müəyyənləşib.

Açılış matçı dekabrın 12-də keçiriləcək. Burada Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" komandası ilə Yeni Zelandiyanı təmsil edən "Vellinqton" üz-üzə gələcək. Bu oyunun qalibi növbəti mərhələdə Afrika Çempionlar Liqasının (CAF) hələlik müəyyənləşməyən qalibi ilə qarşılaşacaq. Digər görüş CONCACAF Çempionlar Liqasının qalibi olan Meksika "Qvadalahara"sı ilə Asiya Çempionlar Liqasının qalibi arasında keçiriləcək.

Klublarası dünya çempionatının və Çempionlar Liqasının son qalibi "Real"l və Libertadores Kubokunun qalibi mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 18-19 dekabrda, final matçı və üçüncü yer uğrunda oyun dekabrın 22-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930