atatv.az
atatv.az

Ekspert: "Azərbaycan və Rusiya prezidentlərinin şəxsi münasibətləri regionda sabitliyə və təhlükəsizliyə xidmət edir"

5-09-2018, 16:20

Ekspert: "Azərbaycan və Rusiya prezidentlərinin şəxsi münasibətləri regionda sabitliyə və təhlükəsizliyə xidmət edir"

"Azərbaycan və Rusiya ikitərəfli münasibətləri möhkəmləndirməkdə davam edir, prezidentlər İlham Əliyev və Vladimir Putinin qısa müddət ərzində keçirdiyi görüşlər bunu təsdiq edir".

Atatv.Az xəbər verir ki, bunu Trend-ə Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya iqtisadiyyatı və Beynəlxalq münasibətlər institutunun Postsovet Araşdırmalar Mərkəzinin eksperti, politoloq Fərhad İbrahimov deyib.

Onun sözlərinə görə, 3 ay ərzində prezidentlər üç dəfə görüşüb və bu görüşlərin hər biri həm Azərbaycan, həm də Rusiya üçün müsbət nəticələnib:

"Rusiya və Azərbaycanın daha sıx əməkdaşlığı üçün potensial var, məhz buna görə də prezidentlər İlham Əliyev və Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsinin 10 milyard dollaradək çatdırmaq niyyətini ifadə ediblər. Əməkdaşlığın əsas istiqamətləri təkcə nəqliyyat, iqtisadiyat və energetika sahələri deyil, həm də hərbi-texniki və humanitar sahələrdir. Azərbaycan Rusiyadan beş milyard dollardan çox məbləğdə silah alıb. Azərbaycanın dövlət başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrin müasirləşdirilməsini davam etdirir, Rusiya isə vacib silah istehsalçısı və tədarükçüsüdür".

Ekspertin fikrincə, iki ölkə prezidenti arasında mövcud olan şəxsi münasibətlər regionda sabitliyə və təhlükəsizliyə xidmət edir:

"Bu gün Azərbaycan təkcə Qafqazda deyil, həm də MDB-də və Yaxın Şərqdə ən təhlükəsiz və sabit dövlətlərdən biridir. Azərbaycan öz prinsipial xarici siyasi mövqeyinə malik ölkədir və təzyiqlərə boyun əymir. Əlbəttə, Moskvada bunu yaxşı bilirlər və yüksək qiymətləndirirlər. Ona görə də Bakı ilə münasibətlər müxtəlif istiqamətlərdə möhkəmlənməyə davam edəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031