atatv.az
atatv.az

Gəncədə məhkəmə binasının qarşısında arvadını qətlə yetirən şəxs saxlanılıb

6-09-2018, 13:54

Gəncədə məhkəmə binasının qarşısında arvadını qətlə yetirən şəxs saxlanılıb
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb

Atatv.az xeber verir ki "Report"un Qərb bürosunun məlumatına görə, sentyabrın 5-də Gəncə şəhər Kəpəz rayon ərazisində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aytac Aslan qızı Tanrıverdiyevanı qətlə yetirən, 1991-ci il təvəllüdlü Elvin Arzu oğlu Nəbizadə tutulub.

Qeyd edək ki, E.Nəbizadə məhkəmə binasının önündə, ondan boşanmaq istəyən həyat yoldaşı A.Tanrıverdiyevanın qarşısını kəsərək üzərində gətirdiyi bıçaqla onun döş qəfəsinə çoxsaylı bıçaq zərbələri vurub. Qadın yaxınlarının köməyi ilə avtomobilə qoyularaq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930