atatv.az
atatv.az

Saleh Məmmədov asfalt satır... - İTTİHAM

10-09-2018, 13:45

Saleh Məmmədov asfalt satır... - İTTİHAM

“Azəravtoyol” ASC sədri Saleh Məmmədovla bağlı ilgin iddia yayılıb. Belə ki, DİA.AZ-a verilən xəbərdə qeyd olunur ki, bir müddət əvvəl, daha dəqiqi “Azəravtoyol”un rəhbəri keçəndən sonra müəyyən müdətlik özünə piar quran Saleh Məmmədov barəsində işgüzar imici yaradıldığını zənn etdiyindən indi "əsas fəaliyyətə" keçib.

Mənbə bildirir ki, "əsas fəaliyyət" dedikdə anlaşılanı isə asfalt biznesidir. Mənbənin dia.az-a söylədikləri:

"Hazırda sözügedən qurum ayrı-ayrı məmurlara, oliqarxlara asfalt satmaqla məşğuldur. Vətəndaşlar müraciət edəndə isə "ərazini hələ plana salınmayıb" deyərək rədd cavabı verən Saleh Məmmədov təbii ki, müvafiq məbləğin qarşılığında istənilən ərazini asanlıqla "plana salmağı" bacarır".

Mənbə dia.az-a onu da bildirib ki, Saleh Məmmədovun adından bütün bu qara işləri onun əsas pul kisəsi kimi tanınan 1-ci müavini Əvəz Qocayev həyata keçirir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... DİA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031