atatv.az
atatv.az

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olub

11-09-2018, 13:00

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olub

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistan tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

Atatv.Az xəbər verir ki, bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qurum rəsmisi bildirib ki, komitə nümayəndələri avqust ayında başçəkmə həyata keçirib: "Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930