atatv.az
atatv.az

Şəhid ailələrinə VACİB XƏBƏR: Bu tarixdən etibarən - VİDEO

13-09-2018, 22:00

Şəhid ailələrinə VACİB XƏBƏR: Bu tarixdən etibarən - VİDEO
Gələn aydan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq.

Atatv.az xezerxeber.az-a istinadən bildirir ki, vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.

Şəhid ailələrinin yaxınları sayta daxil olaraq, orda şəhidin ad, soyad və ata adını yazmaqla birdəfəlik ödəmənin düşüb düşmədiyini öyrənə biləcəklər. Bundan sonra tələb olunan sənədləri hazırlayacaqlar.

Məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq. Ödəmələr nağdsız şəkildə birdəfəlik veriləcək.

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları ödəmələrin verilməsi prosesinin tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930