atatv.az
atatv.az

Gürcüstanda birdəfəlik polietilen sellofan torbalar qadağan olunur – Oktyabrdan yeni qanun

15-09-2018, 21:30

Gürcüstanda birdəfəlik polietilen sellofan torbalar qadağan olunur – Oktyabrdan yeni qanun
Gürcüstan höküməti " Yaşıl iqtisadiyyat" və ətraf mühitin qorunması məqsədilə həyata keçirilən tədbirləri sərtləşdirir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, oktyabrın 1-dən qalınlığı 15 makron olan sellofan paketlər satış və istehsalatdan yığışdırılır. 6 ay ərzində tədricən bütün polietilen torba, paketlərin ölkədə istehsalı, idxalı və realizəsi aradan qaldırılacaq.

" Məlumdur ki, son illər dünya plastik və polietilen materiala qarşı mübarizə elan edib. Ətraf mühit, təbiət plastik və sellofandan çox çirklənir. Bu problem Gürcüstanı da narahat edir. Biz öz qanunlarımız çərçivəsində 2018-ci ilin oktranrın 1-dən etibarən birdəfəlik polietilen torbaların istifadəsinin aradan qaldırılmasına start verdik" - deyə baş nazir Mamuka Baxtadze qeyd edib.

Xatırladaq ki, Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə aydır ki, marketlərdə və digər yerlərdə ucuz, zərərli sellofan torbaların insanlar tərəfindən istifadəsinə qarşı təbliğat kompaniyası başlayıb. Azərbaycan da polietilen torbaların təsirindən ekologiyası zərər görən ölkələrdəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930