atatv.az
atatv.az

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib

17-09-2018, 12:00

General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib

Məhəmməd Quliyev Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu.

ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində hərbi and içib.

Modern.az saytına məlum olub ki, dövlət orqanlarında ən yüksək postlardan birini tutan general-polkovnik Elçin Quliyev də övladını orduya göndərməklə nümunə göstərib.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisidir.

Belə ki, general Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb. O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930