atatv.az
atatv.az

Həbsdən çıxan şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin edilməsini nəzərdə tutan Nizamnamə təsdiqlənib

17-09-2018, 16:30

Həbsdən çıxan şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin edilməsini nəzərdə tutan Nizamnamə təsdiqlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi təsdiqlənib.

"Report" xəbər verir ki, bu barədə qərar nazirliyin Kollegiyasının iclasında qəbul edilib.

Nizamnaməyə əsasən, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə həmin insanlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərəcək, bu müddətdə onları müvəqqəti yaşayış yeri ilə təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930