atatv.az
atatv.az

AAAF-da 12 saat işıq yanmayıb - 100 minə yaxın borcları var

18-09-2018, 13:30

AAAF-da 12 saat işıq yanmayıb - 100 minə yaxın borcları var

AAAF Park Yaşayış kompleksinin sakinləri dünən 12 saat işıqsız qaldıqları üçün redaksiyamıza müraciət edib. Onlar “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisinin kəsilməsinə səbəb kompleksin “Azərişıq” ASC-yə 90 min manat borcunun olmasıdır:

“İşıq dünən səhər saat 11-də kəsildi, bir də axşam 11-də yandı. Kompleksin ümumi bir sayğacı var. Mənzillərimizə isə şirkət tərəfindən ayrı-ayrılıqda sayğac qoyulub. Borcumuzu ödəyirik, qeyri-rəsmi kağız verilir. Özü də biz elektrik enerjisinin dəyərini 7 yox, 9 qəpikdən ödəyirik.

Deyirlər, sakinlərin borcudur, əlimizdəki kağızları göstəririk. Bundan başqa, biz nə qədər işıq yandırmalıyıq ki, bir aya 90 min manat borc yaransın. Burada AAAF-ın obyektləri var və böyük ehtimal yaranmış borc ondan qaynaqlanır. Ancaq işıqsız qalan biz oluruq”.

Sakinlərin sözlərinə görə bu hal mütəmadi olaraq hər ay yaşanır:

"Biz hər ay bu vəziyyəti yaşayırıq. İşığımız sönəndə şirkətin elektrik müdirinə zəng vururuq, deyir, “Azərişıq”da qəza baş verib. “Azərişıq”a zəng vurduqda isə borca görə bağlandığını bildirirlər. Dünən dedilər ki, borc ödənməsə, bu gün də işığımız söndürüləcək”.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də “Qafqazinfo”ya deyilənləri təsdiqləyərək şirkətə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:

“Bəli, hazırda şirkətin bizə böyük miqdarda borcu var. Dəfələrlə xəbərdarlıq olunsa da, hər ay bu problemlə qarşılaşırıq. Ona görə də elektrik təchizatının verilməsi fərdi qaydada dayandırılır”.

AAAF Park Yaşayış kompleksinin mətbuat katibi Kənan Məstəliyev məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında yaranmış borcun sakinlərdən yığılma ilə bağlı olduğunu qeyd edib:

“Sakinlərdən toplanmış elektrik borcunu “Azərişıq” ASC-yə ödəyirik. Hazırda böyük məbləğdə borcu olan sakinlər var və pul onlardan yığıla bilmədiyi üçün borcu ödəyə bilməmişik.

Bundan başqa, avqust ayı üçün heç bir yerə borcumuz yoxdur. Bu hal da sırf ödəmə vaxtı ilə bağlı yaranıb və tez bir zamanda aradan qaldırılacaq. Bizi bu qədər sıxmalarını anlamıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930