atatv.az
atatv.az

Bakı Şəhər İcra Hakimiyyətinin daha bir şöbə müdiri vəzifədən azad edilib

18-09-2018, 17:15

Bakı Şəhər İcra Hakimiyyətinin daha bir şöbə müdiri vəzifədən azad edilib

Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub.

C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930