atatv.az
atatv.az

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər - Məhəbbət Vəliyeva

19-09-2018, 10:00

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər - Məhəbbət Vəliyeva

Paytaxtın ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Trend-in məlumatına görə, tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

M.Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, növbəti tədris ilində ümumi təhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərindən danışıb.

Nazir müavini bildirib ki, ötən tədris ilində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin fəaliyyətində inkişafyönlü tədbirlər də daim diqqət mərkəzində saxlanılıb. 2018-2019-cu tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan nazir müavini məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrası, məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırılan məsələlərə aydınlıq gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930