atatv.az
atatv.az

Məktəb başladı, amma bu məktəbdə nə müəllim var, nə də dərslik - GİLEY

20-09-2018, 10:30

Məktəb başladı, amma bu məktəbdə nə müəllim var, nə də dərslik - GİLEY

Tədris ili başlasa da, Hövsan qəsəbəsində yerləşən məktəbdə şagirdlərə dərs deyəcək riyaziyyat müəllimi yoxdur.

Bu məlumatı Cebhe.info-ya qəsəbədəki Vaqif Mirzəliyev adına 281 nömrəli orta məktəbin 7 “c” sinif şagirdinin valideyni verib. O qeyd edib ki, sözügedən sinifdə riyaziyyatdan dərs keçəcək müəllim yoxdur. Həmçinin məktəbdən şagirdlər üçün “Rus dili” fənni üçün kitab verilmir və Təhsil Nazirliyindən kitabın gəlmədiyi bildirilərək, valideynlərə dərsliyi almaq tapşırılır. Məsələni məktəblə aydınlaşdırmaq üçün dəfələrlə zəng etsək də, məktəbin telefonu gün ərzində daim məşğul göstərib.

Daha sonra məsələ ilə bağlı olaraq Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, bu da baş tutmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov isə Cebhe.info-ya bildirib ki, şikayətçinin ad, soyadı bildirilmədiyi üçün məsələ araşdırıla və ya məlumat verilə bilməz.

Xatırladaq ki, saytımıza daxil olan şikayətləri anonim halda ancaq o halda qəbul edirik ki, şikayətçi öz ad- soyadını və əlaqə nömrələrini bizə bildirsin. Ancaq bundan sonra şikayətçini anonim saxlamaqla, məsələni aydınlaşdırmağa çalışırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930