atatv.az
atatv.az

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq

20-09-2018, 15:45

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq

Sentyabrın 20-da UEFA Avropa Liqasının birinci turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu səfərdə “Joze Alvalade” stadionunda Portuqaliyanın “Sportinq” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrupun digər oyunu isə Londonda baş tutacaq. Qrupun favoriti sayilan “Arsenal” klubu doğma meydanda Ukraynanın “Vorska” komandasın qəbul edəcək.

Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.

Matçın hakim-inspektoru Bosniya və Herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031