atatv.az
atatv.az

Xalq artisti efirdə ağladı - Atası vəfat etdiyi gün... - VİDEO

20-09-2018, 16:15

Xalq artisti efirdə ağladı - Atası vəfat etdiyi gün... - VİDEO

Xalq artisti Gülyanaq Məmmədova ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub.

Atatv.Az baku.ws-ə istinadən xəbər verir ki, müğənni efirdə atasının vida mərasiminə çatmadığını etiraf edib.

G.Məmmədova göz yaşları içində bunları dilə gətirib:

"Səfərdə olduğuma görə atamın vida mərasimində iştirak edə bilmədim. Mən təyyarədən enən kimi jurnalistlər zəng edib dedilər ki, Allah rəhmət etsin. Elə bildim əmim rəhmətə getdi. Deyəndə ki, atam rəhmətə gedib, dedim ki, axı atam sağdır, siz nə danışırsınız. Özüm də axşam dövlət tədbirində oxumalıydım. Çox pis vəziyyətdə qaldım. Mən konsertdə məcbur idim oxumağa. Oxumalıydım və məcbur oxudum".

Xatırladaq ki, xalq artisti Gülyanaq Məmmədovanın atası Zakir Məmmədov bu ilin mart ayında dünyasını dəyişib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930