atatv.az
atatv.az

İranda matəm elan edildi

24-09-2018, 10:00

İranda matəm elan edildi

İran höküməti Əhvaz şəhərində baş verən terror aktı nəticəsində insan ölümü ilə əlaqədar sentyabrın 24-nü matəm günü elan edib.

Atatv.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhaninin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir: "Şənbə günü Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir".

Qeyd edək ki, sentyabrın 22-si İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Naməlum silahlılar insanlara atəş açıblar. Terror aktı nəticəsində azı 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930