atatv.az
atatv.az

Azərbaycanda bu universitet bağlandı - Nazirlər Kabineti tələbələrin yerləşdirilməsi üçün DİM-ə müraciət etdi - YENİLƏNİB

24-09-2018, 17:30

Azərbaycanda bu universitet bağlandı - Nazirlər Kabineti tələbələrin yerləşdirilməsi üçün DİM-ə müraciət etdi - YENİLƏNİB
16:48

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.

Atatv.az bildirir ki, bu barədə Trend-ə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.

X.Xanlarzadə Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını da nəzərə çatdırıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti Bakı İslam Universitetinin bağlanması barədə məlumat yayıb.

------------

16:14

Bakı İslam Universiteti bağlanıb.

Atatv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda təhsil ekpseti Kamran Əsədov sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandırır: "Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələr köçürülüb".

Bildirilib ki, tələbələr tam köçürülməyib. Hazırda onlar Dövlət İmtahan Mərkəzinə dəvət edilirlər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşıb. 2009- cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq verib. Universitetin rektoru Hacı Sabir Həsənlidir.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova məsələ ilə bağlısözügedən sayta açıqlama verib. O, xəbəri təsdiqləyib və qeyd edib ki, universitetin bağlanması haqqında müvafiq qurumlarla məsələhətləşmələr aparılıb. Bundan sonra bağlanma haqqında qərar verilib: "Səbəb isə İlahiyyat İnstitunun yaranması və eyni ixtisas üzrə pulsuz təhsilin təşkilidir. Tələbələrin hazırda köçürülmə prosesi gedir".

Məsələ ilə bağlı Təhsil Nazirliyi münasibət bildirməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930