atatv.az
atatv.az

Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib

25-09-2018, 11:30

Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib

Adana şəhərində XXV Beynəlxalq Film Festivalı münasibətilə təntənəli mərasim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Adana film festivalının yaranması, qazandığı uğurlar, qarşıya qoyulan məqsədlər barədə geniş məlumat verilib.

Çıxışında Türkiyə kinosunun oynadığı roldan bəhs edən Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü əminliklə bildirib ki, aparıcı film mütəxəssislərini bir araya gətirən Adan festivalı bundan sonra da böyük uğurlar qazanacaq.

Sonra təşkilat komitəsi və Anada Böyükşəhər bələdiyyəsi tərəfindən tanınmış rejissor və aktyorlara medallar təqdim olunub.

Azərbaycan nümayəndə heyəti Adana kinosu festivalının təntənəli açılış mərasimində iştirak edib.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan kinosunun 120 illiyi ilə bağlı tədbir keçirilib, sənədli film nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031