atatv.az
atatv.az

Şadlıq sarayında meyit tapıldı - Zaqatalada müəmmalı ölüm

25-09-2018, 12:15

Şadlıq sarayında meyit tapıldı - Zaqatalada müəmmalı ölüm

Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb.

Atatv.Az report-a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib.

İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus olduğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930