atatv.az
atatv.az

"Qarabağ"ın da Avropa Liqasında müsbət nəticə şansı var" - Kafu

26-09-2018, 14:30

"Qarabağ"ın da Avropa Liqasında müsbət nəticə şansı var" - Kafu

"Bura gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm".

Atatv.az report.az-a istinadən bildirir ki, bunu Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Veteran futbolçu digər sualları da cavablandırıb...

- "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?

- Meydanda olanda hər şey özündən asılıdır. İlk öncə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.

- Sabiq komandanız İtaliya "Roma"sının ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısınız?

- Təəssüf ki, həmin oyunu izləyə bilməmişəm.

- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsınız?

- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.

- Uzun müddətdir braziliyalı oyunçular dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?

- Neymar böyük oyunçudur. İnanıram ki, o növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "Qızıl top" ala bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031